Vin qanunu (yerdəyişmə qanunu) — mütləq qara cismin şüalanma spektrində enerjinin temperaturdan asılı olaraq paylanması qanunu.
Vilhelm Vin bu qanunu ilk dəfə 1893-cü ildə termodinamika qanunlarını elektromaqnit şüalanmasına tətbiq etməklə çıxarmışdır. İntensivlik pikinin temperatura nəzərən yerdəyişməsi təcrübi olaraq müşahidə edilmişdir. Hal-hazırda, Vinin yerdəyişmə qanunu riyazi olaraq Plank qanunundan əldə etmək mümkündür.